Astronomlar 2024 YR asteroidinin Yerlə birbaşa toqquşma ehtimalının 2,3 faiz olduğunu proqnozlaşdırırlar.
"Unikal" xəbər verir ki, bu barədə NASA-nın Yerə Yaxın Obyekt Tədqiqatları Mərkəzi məlumat yayıb.
Bildirilir ki, 2024 YR asteroidi 2032-ci ildə Yerin yaxınlığından keçəcək. Kosmik obyektlə birbaşa toqquşma ehtimalı 2,3 faizdir.
Edinburq Universitetinin planetar astronomiya professoru Kolin Snodqrassın sözlərinə görə, asteroidin uçuşu çox güman ki, “zərərsiz” olacaq.
Asteroid 2024 YR4 futbol meydançası ölçüsündədir. Elm adamları onu ilk dəfə 27 dekabr 2024-cü ildə Çilidəki El Sos Rəsədxanasında kəşf ediblər.