Qusarda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə fevralın 6-da saat 18 radələrində qeydə alınıb.
Belə ki, Şahdağ yolu, Laza kəndi ərazisində qeydə alınan hadisə zamanı nəqliyyat vasitəsində iki nəfər - sürücü və həyat yoldaşı olub.
Qarla əlaqədar olaraq sürüşmə baş verib, "Hummer" markalı nəqliyyat vasitəsi tərsinə banı üzərinə aşıb.
Hadisə zamanı xəsarət alan olmayıb.