Prezident İlham Əliyev “Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” 6 oktyabr 2016-cı il tarixli fərmanında dəyişiklik edib.
"Unikal" xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Qərara əsasən, Şuraya sədrlik edən deputat Əli Əhmədovu Baş nazirin müavini Samir Şərifov əvəz edib.
Bundan başqa, Samir Şərifov Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın və BMT-nin iqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsi üçün yaradılan Dövlət Komissiyasının sədri təyin edilib.