Bakıda tıxacların qarşısının alınması, insanların rahat hərəkəti əsas məqsədlərdəndir.

"Unikal" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyi İdarə Heyətinin sədri Mirsalam Qənbərov “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, əsas hədəf həyata keçirilən layihələrin icrasında ekoloji təmizliyin nəzərə alınmasıdır:

"Layihələrimizdə ekoloji tarazlığın qorunmasına xüsusi önəm veririk. Əgər hansısa layihəyə beş ağac düşübsə, mütləq onları başqa yerdə əkirik".