Beynəlxalq Əmək Təşkilatı (BƏT) İşçilərin fəaliyyəti bürosunun (BƏT-ACTRAV) Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Serqius Qlovaskas  Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) olub.

"Unikal" xəbər verir ki, görüşün məqsədi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, təcrübə mübadiləsi istiqamətində olub. İşçi formada keçirilən görüşdən sonra AƏSMA-nın professor-müəlim heyəti, AHİK könüllüləri və fəal tələbələri ilə geniş tərkibdə görüş keçirilib.

Görüşdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektor vəzifəsini müvəqqəti icra edən dos. Yusif Ağayev çıxış edərək AƏSMA-nın fəaliyyət istiqamətləri barədə məlumat verib, daha sonra akademiya haqqında geniş məlumat təqdim edilib. Dos. Y.Ağayev ölkədə həyata keçirilən uğurlu inklüziv inkişafın əhəmiyyətini vurğulayıb, eyni zamanda həyata keçirilən uğurlu islahatlar, tətbiq olunan rəqəmsal yeniliklər barədə məlumat verib.

Daha sonra BƏT İşçilərin fəaliyyəti bürosunun (BƏT-ACTRAV) Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Serqius Qlovaskas çıxış edərək öz təcrübəsini bölüşüb, əməkdaşlıq perspektivləri barədə fikrini bildirib.

Sonra tələbələri maraqlandıran suallar cavablandırlıb.