Abşeronda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Belə ki, 517 nömrəli marşrut avtobusu yolu keçən 57 yaşlı piyadanı vurub. Piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.