Çinin cənub-qərbində baş verən torpaq sürüşməsi nəticəsində azı 30 nəfər itkin düşüb.

"Unikal" xəbər verir ki, bu barədə Çinin dövlət mediası məlumat yayıb. 

Qeyd olunub ki, Siçuan əyalətinin Cinpin kəndində baş verən sürüşmədə 10 ev uçqun altında qalıb. 

Rayonun fövqəladə halların idarə olunması bürosunun verdiyi məlumata görə, hadisə yerində komanda mərkəzi yaradılıb.

Çin prezidenti köməksiz vəziyyədə qalanlarınn xilas edilməsi barədə göstəriş verib: "Prezident hakimiyyət orqanlarına itkin düşmüş insanların axtarışı və xilas edilməsi, itkilərin minimuma endirilməsi və nəticələrin düzgün şəkildə idarə olunması üçün mümkün olan hər şeyi etməyi əmr edib". 

Çin Fövqəladə İdarəetmə Nazirliyindən verilən açıqlamaya görə, yüzlərlə təcili yardım işçisi sağ qalanları axtarır.

Ağarza Elçinoğlu