Makron cütlüyünün vəziyyəti Fransada jurnalistlərin təqib edilməsinə bir nümunədir. 

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Əlbəttə, bu, sualınızın cavabı deyil, amma mən bunu misal kimi verirəm ki, fransız jurnalistləri sadəcə olaraq onları maraqlandıran sualları soruşduqlarına və ya Fransada dedikləri kimi, cəsarətli olduqlarına görə hakimiyyət tərəfindən təqib olunurlar", – diplomat deyib. 

Bundan əvvəl məlum olub ki, Paris Apellyasiya Məhkəməsi Fransa prezidentinin arvadı Bricit Makronu kişi adlandıran fransalı jurnalist Nataşa Reyin işinə baxacaq. Jurnalistin vəkili bildirib ki, Paris İslah Tribunalının hökmü saxtadır, ona görə də ondan apellyasiya şikayəti veriblər. Apellyasiya Məhkəməsi işə 2025-ci ilin mayında baxacaq.

Ağarza Elçinoğlu