ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı apardığını bildirib.

"Unikal" xəbər verir ki, bu barədə o, “New York Post”a müsahibəsində danışıb. Tramp telefon danışığı zamanı zamanı Ukraynadakı müharibəni müzakirə edib. Trampın sözlərinə görə, Putin Ukraynadakı münaqişədə insanların ölməsini dayandırılmasını istəyir. Ağ Ev rəhbəri Baydendən fərqli olaraq Putinlə həmişə yaxşı münasibətlərinin olduğunu bildirib. Amerikalı lider deyib ki, onun müharibəni bitirmək üçün konkret planı var.

Tərəflərin nə qədər danışdıqlarına dair suala ABŞ Prezidenti “Mən susmağı üstün tuturam” cavabını verib.

Telefon danışığının vaxtı açıqlanmayıb, Kreml məsələyə münasibət bildirməyib.