Üç gün əvvəl əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilərək maliyyə naziri təyin edilən Sahil Babayevin gənclik illərində karate ilə məşğul olduğu məlum olub.

"Unikal" yeniavaz-a istinadən xəbər verir ki, bu barədə məlumatı tanınmış karateçi, müstəqil Azərbaycanın karate üzrə ilk çempionu İlyas Xəlilov təqdim edib.
Onu da qeyd edək ki, Sahil Babayev 2022-ci ildən Azərbaycan Boks Federasiyasının prezidenti vəzifəsini də icra edir.