Samuxda süni sututarda batan şəxsin adı məlum  olub.

"Unikal"ın məlumatına görə, rayonunun Sarıqaya kəndində süni sututarında batan şəxs Goranboyun Baxçakürd kənd sakini 2002-ci il təvəllüdlü Cavid Əliyevdir. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki C.Əliyev sözü gedən ərazidə yerləşən şirkətlərinin birində mühafizəçi işləyirmiş.

Faktla bağlı Samux rayon prokrorluğunda araşdırma aparılır.

*** 16:48

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Samux rayonunun Sarıqaya kəndində süni sututarında 1 nəfərin batması barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

XXX

15:45

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Samux rayonu, Sarıqaya kəndində hovuzda 1 nəfərin batması barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Tural Əhmədov