"ABŞ prezidenti Donald Trampın Kanadanı işğal etmək planı yoxdur".
"Unikal" xəbər verir ki, bunu Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts NBC telekanalına bildirib.
“Mən düşünmürəm ki, onun Kanadanı işğal etmək planları var. Lakin bir çox insan Birləşmiş Ştatlardakı vəziyyəti bəyənir və son 10 ildə liberal və mütərəqqi hökuməti, o cümlədən Kanadanın baş naziri Castin Trüdonu bəyənmir", - deyə Uolts bildirib.
O, həmçinin bir çox kanadalıların Amerika tariflərindən yayınmaq və daha az vergi ödəmək üçün Birləşmiş Ştatlara qoşulmaq istədiyini deyib.