Avstraliyanın aviasiya təhlükəsizliyi və məhsul reytinqi agentliyi “Airline Ratings” 2025-ci ilin ən yaxşı aviaşirkətinin adını açıqlayıb.

"Unikal" xəbər verir ki, agentliyin məlumatına görə, “Korean Air” ötən ilin qalibi "Qatar Airways"i geridə qoyaraq 2025-ci ilin aviaşirkəti adına layiq görülüb.

Cənubi Koreya aviadaşıyıcısının sərnişinlərin rahatlığına sadiqliyi onun qələbəsinin əsas səbəblərindən biri kimi göstərilib - həm "Korean Air", həm də "Japan Airline" dünyanın istənilən aviaşirkəti arasında ən geniş ekonom sinif oturacaqlarını təklif edir.

Aviaşirkət həmçinin oturacaqların orijinal konfiqurasiyasını qoruduğuna və ekonom sinif sərnişinlərinin ehtiyaclarını prioritetləşdirdiyinə görə yüksək qiymətləndirilib.

Gülayə Mecid