"Bələdiyyə seçkilər yüksək səviyyədə keçirildi. Əvvəlki illərlə müqayisdə bu seçkidə rəqabət böyük idi. Hər bir vətəndaş yaratdığı orqanın yanında olmalıdır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin iclasında deputat Tahir Rzayev deyib.
"Təəssüf ki, bələdiyyələrin hesabatlarının dinlənməsi və digər tədbirlərində iştirak edə bilmirik. Vətəndaşlar maddi, mənəvi dəstək vermirlər, ona görə problemlər ortaya çıxır. 2668 aktın 1416-nın yəni, 53%-nin ləğv olunması ondan irəli gəlir ki, bələdiyyə sədri və üzvləri qanunları yaxşı bilmirlər. Onlar öz səlahiyyətləri çərçivəsindən çıxırlar. Bizim hər birimiz bələdiyyəyə kömək etməliyik”, - deyə deputat bildirib.