Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, təcili yardım maşını "VAZ"la toqquşub.

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 10.02.2025-ci il tarixində saat 20:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Kürdəmir rayonu üzrə təcili tibbi yardım briqadası çağırış ünvanına gedərkən qəzaya uğrayıb.

Qeyd olunub ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Anar Kəlbiyev