Ucarda intihara cəhd edən şəxs xilas edilib.

"Unikal'ın məlumatına görə, hadisə Qaziyan kəndində baş verib. Yaşadığı həyətdə özünü asaraq intihar etmək istəyən 1991-ci il təvəllüdlü Cəfərov Ramiz Yaşar oğlunu təsadüfən doğmaları aşkar edərək ölümdən qurtarıb. O, təcili xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov