"Arayik Arutyunyan vəzifəsindən qaçdı". 

"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Armen Rüstəmyan deyib.

Deputatın sözlərinə görə, bundan sonra Samvel Şahramanyan məsuliyyəti öz üzərinə götürüb: "Bu baş verməsəydi, anarxiya daha da pisləşəcəkdi. Çıxılmaz vəziyyət idi, Qarabağda olan insanlar nə baş verdiyini çox yaxşı bilirlər. Onlar bu məsuliyyətdən qaçıblar. 

Məsuliyyət ondan ibarət idi ki, onlar sona qədər qalmalı idi, heç kim ona istefa ver demədi. 

Arayik Arutyunyan iki yerə parçalanmışdı. O, insanların tələbləri ilə Nikol Paşinyanın tələblərini birləşdirə bilməyib parçalandı". 

Ağarza Elçinoğlu