Bostonda yerləşən RR Auction şirkəti Stiv Cobsun imzası olan nadir Apple Computer vizit kartını hərraca çıxarıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, kartın tarixi 1983-cü ilə aiddir.
Unikal vizit 75 min dollara satışa çıxarılıb.
Stiv Cobs nadir hallarda avtoqraf buraxırdı ki, bu da kolleksiyaçılar üçün belə lotların dəyərini artırır. Uzaqgörən və "Apple"ın keçmiş rəhbəri 2011-ci ildə 56 yaşında vəfat edib. Onun imzası olan kolleksiya əşyaları tez-tez hərracda yüksək qiymətə satılır. Məsələn, 2023-cü ildə Jobs tərəfindən imzalanmış çek 100 min dollardan çox qiymətə satılıb.