"Avropa İttifaqı (Aİ) hazırda Rusiyaya qarşı 16-cı sanksiyalar paketini hazırlayır".
"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib.
XİN rəhbərinin sözlərinə görə, belə bir siyasətin iqtisadi nəticələri acınacaqlıdır: "Avropa İttifaqı artıq 16-cı sanksiyalar paketini hazırlayır. Uzun onilliklər ərzində mövcudluğu sayəsində ilk növbədə Almaniya, Avropa İttifaqının digər liderləri və bütün qondarma vahid Avropanın iqtisadi artımını təmin edən Rusiya qazının və digər enerji resurslarının dəyəri kəskin artıb".
Lavrov qeyd edib ki, anti-Rusiya sanksiyaları dünyada heç kimə ticarət və iqtisadi əlaqələri inkişaf etdirməyə kömək etmir, həm də bu məhdudiyyətləri tətbiq edən ölkələrə zərər verir.
Ağarza Elçinoğlu