Rusiya prezidenti Vladimir Putinin Amerika lideri Donald Trampla telefon danışığı olub.

"Unikal" xəbər verir ki, iki ölkə lideri arasında telefon danışığı barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə məlumat verib. O bildirib ki, telefon danışığı saat yarım davam edib. 

Rusiya prezidenti Vladimir Putin telefon danışığı zamanı Amerika lideri Donald Trampı Moskvaya səfərə dəvət edib.