Rusiya Daxili İşlər Nazirliyinin Primorsk diyarı üzrə Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin rüşvət almaqda təqsirləndirilən sabiq rəisi Oleq Zubakin xüsusi hərbi əməliyyatın (SMO) keçirildiyi əraziyə göndərilib. 

"Unikal" xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat dərc edib. 

Bildirilir ki, Zubakin Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb və Şimali Qafqaz Hərbi Dairəsinə gedib. Bununla əlaqədar məhkəmə onun cinayət işi üzrə icraatı dayandırıb. Zubakinin dörd şərikinin məhkəməsi davam edir.

Qeyd edək ki, polis polkovniki Zubakin 10 il Primorsk diyarının Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinə rəhbərlik edib. O, mütəşəkkil dəstənin tərkibində 50 min rubldan 150 min rubla qədər rüşvət almaqda 29 maddə ilə ittiham olunub.

Gülayə Mecid