Ermənistan parlamentinin deputatı Qeqam Manukyan hökumətlə sual-cavab sessiyası zamanı baş nazir Nikol Paşinyandan xarici işlər naziri Ararat Mirzoyanın adını nə vaxt dəyişməyə hazırlaşdığını soruşub.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Ararat Mirzoyan bu suala əsəbiləşsə də, Nikol Paşinyan kürsüyə yaxınlaşaraq deyib: "Cənab Manukyan, əgər mənə adların dəyişdirilməsi səlahiyyəti verilsəydi, ilk növbədə sizdən və siyasi liderlərinizdən başlayardım və əminəm ki, bu səlahiyyətdən başqa insanlara qarşı istifadə etmək imkanım olmazdı, çünki belə bir fürsət olmazdı. Və bildirisiniz mən bunu niyə deyirəm? Çünki bu fürsəti yaradan sizsiniz və bu fürsəti elə indi yaratdınız".
Ağarza Elçinoğlu