Tacikistan Ali Məhkəməsi respublikanın keçmiş xarici işlər naziri Hamroxon Zərifinin dövlət çevrilişinə cəhdə görə 27 il müddətinə azadlıqdan məhrum ediləcəyini təsdiqləyib.

"Unikal" xəbər verir ki,  bu barədə Tacikistan Ali Məhkəməsi məlumat yayıb.

Bildirək ki, Zərifi 1995-1996-cı illərdə Tacikistan Xarici İşlər Nazirliyi rəhbərinin müavini, 1996-2002-ci illərdə ölkənin  ATƏT və BMT strukturlarında Vyanadakı  daimi nümayəndəsi , 2002-2006-cı illərdə Tacikistanın  ABŞ-dəki səfiri vəzifələrində çalışıb. 2006-2013-cü illərdə Tacikistan Xarici İşlər Nazirliyinə rəhbərlik edib.

Gülayə Mecid