Türkiyəli aktyor Şükrü Özyıldızın yeni layihəsi bəlli olub.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Zamanın kapılar" serialının ikinci mövsümündə rol alacaq. O, layihədə "Mert" obrazını canlandıracaq.
Qeyd edək ki, ekran işinin baş rollarını Belçin Bilginlə Birkan Sokullu paylaşır. Serial "TOD" platformasında işıq üzü görəcək.