Bakıda iki nəfər küçədə dünyasını dəyişib.
"Unikal"ın məlumatına görə, hadisə fevralın 12-də baş verib.
Belə ki, 1976-cı il təvəllüdlü Tovuz rayonu Aşağı Ayıblı kəndində qeydiyyatda olan, böyrək xəstəliyindən əziyyət çəkən Cəfərov Fazil Bayram oğlu Bakı şəhəri Nərimanov rayonu Həsən Əliyev küçəsi 115 ünvanının qarşısında ölüb.
Bundan başqa, tüfeyli həyat tərzi sürən 1966-cı il təvəllüdlü E.Əhmədov küçədə halsız vəziyyətdə qalması səbəbindən təcili tibbi yardım vasitəsilə Kliniki Tibbi Mərkəzə aparılıb. Daha sonra onun ölməsi məlum olub.
Hər iki faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.