Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Münxendə Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım olunub.
Görüş zamanı Azərbaycan-Türkiyə müttəfiqlik tərəfdaşlığının bir sıra aspektləri, o cümlədən siyasi, təhlükəsizlik, iqtisadiyyat, kommunikasiyalar, eləcə də müxtəlif regional və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlıq gündəmdə olub.
Nazir regiondakı son vəziyyət və Azərbaycan-Ermənistan sülh prosesi barədə də məlumat verib.