Türkiyə Superliqasında XXIV turun daha 4 oyunu keçirilib.

"Unikal" xəbər verir ki, çempionluğa iddialı “Fənərbağça” öz meydanında “Kasımpaşa” klubuna 3:1 hesabı ilə qalib gəlib. İstanbul təmsilçisinin heyətində qolları Yussuf En-Nesiri (2) və Oğuz Aydın vurublar. Qonaq komandadan isə Mamadu Fall fərqlənib.

Bu qələbədən sonra xallarını 57-yə çatdıran “Fənərbağça” 2-ci pillədə qərarlaşıb. “Kasımpaşa” isə 31 xalla 8-ci sırada yer alıb.

Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Hatayspor” – “Alanyaspor” – 1:0

“Eyüpspor” – “Kayserispor” – 1:1

“Konyaspor” – “Samsunspor”

Qeyd edək ki, tura fevralın 17-də keçiriləcək “Rizəspor” – “Qalatasaray” matçı ilə yekun vurulacaq.