İngiltərə Premyer Liqasında XXV tura yekun vurulub.
"Unikal" xəbər verir ki, bağlanış oyunu prinsipial duellə əlamətdar olub.
Bu mövsüm qeyri-sabit çıxışı ilə diqqət çəkən iki komanda - “Tottenhem” və “Mançester Yunayted” münasibətlərinə aydınlıq gətirib. Görüş London təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 13-cü dəqiqədə Ceyms Meddison vurub.
Bu qələbə ilə xallarını 30-a çatdıran “Tottenhem” 12-ci pilləyə yüksəlib. 29 xalı olan “Mançester Yunayted” isə 15-ci sırada qərarlaşıb.
Qeyd edək ki, günün ilk matçında lider “Liverpul” öz meydanında “Vulverhempton”u 2:1 hesabı ilə məğlub edib.