Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropanı Ukrayna ilə bağlı danışıqlarda Rusiya prezidenti Vladimir Putini küncə sıxışdırmağa çağıran Estoniyanın xarici işlər naziri Marqus Tsahkneyə cavab verib.
"Unikal" xəbər verir ki, Zaxarova "Telegram" kanalında yazıb:
“Mən başqa bir NATO “həndəsəçisini” dəli etməkdən qorxuram, amma bunu deyəcəyəm. Biz tamamilə bir küncdəyik. Xüsusilə Marqus üçün aydınlaşdıracağam: tam 360 dərəcə. Manevr etmək üçün əla mövqedir".
Tsahkna fevralın 16-da Putini “küncə” sıxışdırmaqla yanaşı, Avropa liderlərinin Rusiya-Ukrayna münaqişəsi ilə bağlı danışıqlarda qətiyyətli hərəkət etməli olduğunu bildirib. Siyasətçinin fikrincə, Avropa ölkələrinin “geosiyasi yetkinləşməsinin” və onların dünya münasibətlərinin yeni xəritəsində xüsusi yer tutmasının vaxtı çatıb.