Türkiyəli məşhur müğənni Ferhat Göçer Sevgililər Günündə jurnalistlərin suallarını cavablandırıb.
"Unikal" xəbər verir ki, o, sevgilisi Ömür Gediklə birlikdə maraqlı açıqlamalar verib.
Belə ki, jurnalistlərdən birinin "Niyə evlənmirsiniz?" sualına Ferhat, "Həyatımda 3 dəfə ailə həyatı qurmuşam və boşanmışam. Çox çətin dövrlərdən keçmişəm. 18 ildir ki, sevgi münasibətimiz davam edir. Bunu sevgi, hörmət və empatiya ilə böyük sülh şəklində əldə etmişiksə, o rahatlığı pozmaq fikrimiz yoxdur",- deyib.
Ömür Gedik isə, "Düşünürəm ki, evlənsəydik, ayrıla bilərdik. Uşağımız yoxdur, amma birlikdə çoxlu pişiyimiz var. Biz bu şəkildə çox xoşbəxtik", - deyə cavab verib.
Cütlüyün açıqlamaları maraqla qarşılanıb.
Gülayə Mecid