ABŞ-nin keçmiş prezidenti Co Bayden ofisdəki vaxtının 39%-ni istirahətə sərf edib.

"Unikal" xəbər verir ki, bu barədə "New York Post" (NYP) nəşri yazır.

"82 yaşlı Bayden müasir tarixdə ABŞ-nin digər prezidentlərindən daha çox məzuniyyət götürüb, vəzifədə olduğu 1463 günün 577-ni və ya prezidentliyinin 39%-ni məzuniyyətə keçirib", - nəşr qeyd edib. 

Baydendən əvvəl Corc Buş ən çox məzuniyyətə çıxan Amerika prezidenti idi. O, prezidentliyinin 37%-ni (1461 günün 543-nü) Ağ Evdən kənarda keçirib.

Gülayə Mecid