Türkiyənin “Beşiktaş” komandası kapitanı Necip Uysalla müqavilənin müddətini uzadıb.

"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçinin yeni sözləşməsi 2026/2027-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, N. Uysal 2008-ci ildən "qara qartallar"ın əsas komandasında çıxış edir. O, “Beşiktaş”ın heyətində dörd dəfə Superliqa, dörd dəfə Türkiyə Kuboku, iki dəfə Superkubokun qalibi olub.