Gəncə şəhər 34 nömrəli məktəbdə müəllimin şagirdə qarşı uyğunsuz davranışı iddiası əsasında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.

"Unikal" xəbər verir ki, təlim-tədris prosesi zamanı belə halların yolverilməzliyi nəzərə alınaraq sözügedən təhsil müəssisəsinin ingilis dili müəllimi Cavid Rzayevlə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Gəncədə sinif rəhbərinin 5-ci sinif şagirdinə şiddət göstərməsi ilə bağlı xəbərlər yayılıb.