Azər Məhəmməd oğlu Qasımov Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi vəzifəsindən azad edilib.

"Unikal" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, A.Qasımov 13 mart 2004-cü ildə Prezidentin Mətbuat katibi təyin olunmuşdu.