Naxçıvan şəhərinin elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Unikal" xəbər verir ki, 110/35/10 kV "Xalçaçılıq" yarımstansiyasından qidalanan 16 №-li 10 kilovoltluq hava elektrik verilişi xətti yeni çəkilən xəttə köçürmə işləri ilə əlaqədər sifarişə əsasən açılacaq.

Bununla əlaqədar 18 fevral 2025-ci il tarixində saat 11:00-dan 12:00-a qədər Naxçıvan şəhərinin 56 və 58-ci məhəllələrində elektrik enerjisinin verilişində qısamüddətli məhdudiyyət yaranacaq.

Köçürmə işləri başa çatdıqdan sonra sözügedən xətt üzərində olan ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.