Misli Premyer Liqasının XXIII turunun bağlanış oyununda - "Səbail" və "Sabah" komandaları arasında baş tutan matçda qalib müəyyənləşməyib.

"Unikal" xəbər verir ki, “ASCO Arena”da keçirilən görüşdə qapılara qol vurulmayıb.

17 xalı olan “dənizçilər” turnir cədvəlinin sonuncu - 10-cu pilləsində qərarlaşıb. “Sabah” isə 32 xalla beşincidir.

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində “Turan Tovuz” “Araz Naxçıvanı”, “Qarabağ” “Neftçi”ni 1:0 hesabı ilə üstələyib. “Sumqayıt” isə evdə “Zirə”yə məğlub olub - 0:3. "Kəpəz" - "Şamaxı" qarşılaşması isə heç heçə bitib - 1:1.