"İlyas İsmayılov dövlətinə, millətinə xidmət edən şəxs olub".

Bu sözləri "Unikal"a açıqlamasında sabiq deputat Vahid Əhmədov deyib.

"O, Azərbaycan Respublikasının Baş prokuroru olub. Bizim vaxtımızda - mən Baş nazirin birinci müavini işləyəndə İlyas İsmayılov ədliyyə naziri idi. Onunla sıx təmasda olmuşuq. Əlaqələrimiz çox olub.

Heyif ki, çox tez bu dünyadan getdi. Xəstəlik İlyas müəllimə əziyyət verdi. Onu heç vaxtyaddan çıxartmayacağıq", - deyə o qeyd edib.