Azərbaycanın sabiq Baş prokuroru, ədliyyə naziri, Ədalət Partiyasının sədri İlyas İsmayılov dəfn olunub
"Unikal" xəbər verir ki, o, Nardaran qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları, o cümlədən ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
10:27
Ötən gün vəfat edən Ədalət Partiyasının sədri, keçmiş baş prokuror İlyas İsmayılovla vida mərasimi keçirilib.
"Unikal"ın məlumatına görə, vida mərasimi Heydər məscidində təşkil olunub.
Mərasimdə mərhumun ailə üzvləri, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərhum vəsiyyətinə uyğun olaraq Nardaran qəbiristanlığında, oğlu Etimad İsmayılovun yanında dəfn ediləcək.
Qeyd edək ki, İsmayılov İlyas Abbas oğlu 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.
İ.İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edib.
Müxbir: Anar Kəlbiyev
Fotolar: Ayxan Məlikov