Milli Olimpiya Komitəsinin (MOK) lX Hesabat-seçki baş məclisindən sonra qurumun İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası olub.
"Unikal" xəbər verir ki, iclasda Azər Əliyev Milli Olimpiya Komitəsinin baş katibi, Çingiz Hüseynzadə vitse-prezidenti və İcra Aparatının rəhbəri, Zemfira Meftahətdinova və Fərid Mansurov isə MOK-un digər vitse-prezidentləri seçiliblər.
MOK-un yeni seçilən vitse-prezidentləri arasında gənclər və idman naziri Fərid Qayıbov yer almayıb. Belə ki, ötən seçkidə vitse-prezident seçilən nazir bu vəzifəsini itirib. Onu güləş üzrə Olimpiya çempionu Fərid Mansurov əvəz edib.