"Milan" futbolçusu Ticani Reynderslə yeni müqavilə imzalayacaq.
"Unikal" qol-a istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə artıq şifahi razılıq əldə olunub. Niderladnlı futbolçu ilə imzalanacaq sözləşmə 2030-cu ilin yayına qədər olacaq.
Qeyd edək ki, Ticani Reynders bu mövsüm "Milan"ın heyətində 36 matça çıxaraq 11 qol vurub və 3 qolun ötürməsini edib. Onun İtaliya klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.