Qazaxıstan hakimiyyəti Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” (AZAL) sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbləri 2025-ci ilin dekabrına kimi açıqlanacağını bildirib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  bunu Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, ICAO-nun tövsiyə etdiyi tələblərə və standartlara uyğun olaraq, araşdırma 1 il davam edir.

"Müvafiq olaraq, bu ilin dekabr ayına qədər istintaqla bağlı yekun hesabat tamamlanmalıdır", - Lastayev qeyd edib. 

Xatırladaq ki,  “Azərbaycan Hava Yolları” (AZAL) sərnişin təyyarəsi ötən ilin dekabrın 25-də Aktau şəhərində qəzaya uğrayıb. 

Gülayə Mecid