Ötən il Azərbaycan yollarında 1427 yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə "Unikal"a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu qəzaların 189-u magistral yollarda, 1238-i yaşayış məntəqələrində qeydə alınıb.
Yol qəzalarının 574-ü gündüz vaxtı, 305-i toran vaxtı, 548-i isə gecə vaxtlarında baş verib.
Qəzalarda ümumilikdə 764 nəfər ölüb, 1118 nəfər isə xəsarət alıb.