AFFA Misli Premyer Liqasının XXIII turunda baş tutan "Neftçi" - "Qarabağ" matçında yaşananlarla bağlı qərarlarını açıqlayıb
"Unikal" xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Fevralın 16-da keçirilən görüşün 22-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Kevin Medina ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırılıb. Ağdamn klubu həmçinin futbolçusunun hərəkətinə görə 1500 manat cərimələnib.
Sözügedən matçda azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə "Neftçi" klubu 800 manat cərimələnib. Bununla yanaşı, həm paytaxt təmsilçisinin, həm də Ağdam klubunun fanatları tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə hər iki klub 1000 manat cərimələnib.
"Qarabağ" həmçinin 4 futbolçusunun sarı vərəqə aldmasına görə 700 manat cərimələnib.
“Turan Tovuz” – “Araz-Naxçıvan” matçının 47-ci dəqiqəsində qonaqların futbolçusu İqor Ribeyro rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılıb. Naxçıvan təmsilçisi 1000 manat cərimə edilib.