Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda qrupdakı son matçını qələbə ilə başa vurub.

"Unikal" xəbər verir ki, İlham Yadullayevin çalışdırdığı kollektiv Qazaxıstan yığmasını 2:1 hesabı ilə üstələyib.

Millinin heyətində Əhməd Vəliyev (57) və İmran Süleymanzadə (66) fərqlənib.

Qeyd edək ki, U-17 daha əvvəl keçirdiyi görüşlərdə Rusiya millisinə 0:3 hesabı ilə məğlub olub, İranı isə üstələyib (1:0).