Ötən gün Kürdə batan balıqçıların axtarışları davam edir.

"Unikal"ın məlumatına görə, axtarışlara FHN xilasediciləri və polis əməkdaşları cəlb olunub. Suda batan gənclərin ailə üzvüləri meytilərin tapılması üçün FHN -dən kömək istəyiblər.

Qeyd edək ki hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti höküm sürür. Hava şəraitinin əlverişsiz olması axtarışlara çətinliklər yaradır.

Xatırladaq ki hadisə ötən gün səhər saatlarında Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində iki nəfər batıb. Həmin şəxslərin balıqçı olduğu bildirlir. Məlumata görə, hadisəyə səbəb küləkli havada  balıqçıların olduğu qayığın çönməsi olub. Batan şəxslər Samux rayon sakini 2003-cü il təvəllüdlü İsmayıl Şubliyev və Şəmkir rayon sakini 1999-cu il təvəllüdlü Müşviq İsmayılovdur. Hazırda axtarışlar davam edir.

Tural Əhmədov