Fevralın 21-i saat 22 radələrində Ağsu şəhəri ərazisində münaqişə zəminində şəhər sakini 2009-cu il təvəllüdlü M. Əliyevin qol və qarın nahiyəsinə bıçaqla xəsarət yetirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, əməli törətməkdə şübhəli bilinən Rüfət İbrahimov və bir yeniyetmə saxlanılıb.

Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.