Fevralın 22-də Binəqədi rayonu ərazisində yerləşən apteklərin birindən 500 manat oğurlanması barədə polisə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq hadisəsini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 27 yaşlı S.Bəkirov müəyyən edilərək saxlanılıb. 

Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən binaların birindən isə 450 manatlıq elektrik naqilini talamaqda şübhəli bilinən şəhər sakini 29 yaşlı F. Quliyev aşkar olunaraq saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.