Naftalanda evdən 66 yaşlı kişinin meyti tapılıb.
"Unikal"ın məlumatına görə, şəhər ərazisində yerləşən evlərin birindən 1959-cu il təvəllüdlü Elxan Dadaşovun meyiti aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin məlumata görə, E.Dadaşov ürək tutmasından ölüb.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov