Estoniya Ukraynaya 10 min artilleriya mərmisi, eləcə də dəyəri 100 milyon avrodan çox olan silahlar göndərəcək.

"Unikal" xəbər verir ki, bunu Estoniyanın Baş naziri Kristen Mixal sosial şəbəkədə yazıb. 

“Estoniya Ukrayna qırıcılarına 10 min artilleriya mərmisi göndərir. İlk fürsətdə buna bizim müdafiə sənayemizdən 100 milyon avrodan çox dəyərində məhsullar əlavə olunacaq”, - deyə o qeyd edib. 

Mixalın sözlərinə görə, Estoniya da Ukrayna ordusuna 750 min ərzaq payı köçürəcək.

Baş nazir qeyd edib ki, Tallinin yardımı Kiyevin mövqelərini gücləndirmək və Moskvaya təzyiqləri artırmaq məqsədi daşıyır.