Cənubi Koreyada növbədənkənar prezident seçkiləri təxminən bu ilin may ayında gözlənilir.
"Unikal" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat dərc edib.
Xatırladaq ki, müstəntiqlər Cənubi Koreya tarixində ilk dəfə müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmış, lakin fəaliyyətdə olan Prezident Yun Sok Yolu qiyam ittihamı ilə həbs ediblər. Yun Sok-Yol müxalifəti qiyama yönələn fəaliyyətdə günahlandıraraq ötən ilin dekabrın 3-də gecə saatlarında ölkədə fövqəladə hərbi vəziyyət rejimi elan edib. Dekabrın 3-dən 4-nə keçən gecə məsələ parlamentdə səsverməyə çıxarılıb və prezidentdən hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul olunub. Nəticədə dövlət başçısı təxminən 6 saat davam edən hərbi vəziyyət rejimini ləğv etmək məcburiyyətində qalıb. Dekabrın 14-də Koreya Respublikasının parlamenti Prezident Yun Sok-Yola impiçment elan edib.